27 Yanvar 13:22
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan “erməni soyqırımı”nı inkar edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib.

Onun sözlərinə görə, baş nazirin bununla bağlı son açıqlaması erməniləri şoka salıb:

“Üstəgəl, Paşinyan bunda (qondarma soyqırımında – red.) ermənilərin özlərinin məsuliyyət daşıya biləcəklərinə eyham vurur”.

Oskanyan qeyd edib ki, Paşinyan Türkiyənin tələbini qəbul edərək, saxta soyqırımını inkar yolunu tutub.

“Bu, mənəvi imtinadır”, - sabiq xarici işlər naziri əlavə edib.

Xatırladaq ki, Paşinyan bundan əvvəl İsveçrədə erməni icması ilə görüşündə qondarma soyqırımı məsələsindən danışıb.

Ermənistan rəhbəri çıxışında dolayı yolla ermənilərin tarixi saxtakarlığa yol verdiklərini etiraf edib:

“Nə baş verdiyini və niyə baş verdiyini anlamaq lazımdır. Bəs biz bunu necə qavradıq, kimin vasitəsilə qavradıq? Necə oldu ki, 1939-cu ildə (qondarma – red.) erməni soyqırımı gündəmi yox idi və necə oldu ki, 1950-ci ildə erməni soyqırımı gündəmi yarandı? Necə oldu, başa düşməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər