27 Yanvar 13:34
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan eyni vaxtda həm Avropa İttifaqı (Aİ), həm də Avrasiya İqtisadi Birliyində (AİB) olmayacaq, yəni rəsmi İrəvan dəqiq seçim etməlidir.

Teleqraf.com xəbər verir ki, bunu AİB Şurasının icraçı katibi Sergey Mixneviç deyib.

Onun sözlərinə görə, mənfi qərar veriləcəyi təqdirdə, itkilərin kompensasiyası problemli olacaq. Qurum rəsmisi qeyd edib ki, Aİ ilə daha da yaxınlaşma qərarı veriləcəyi təqdirdə, AİB lazımi tarif tədbirləri tətbiq edəcək, bu da Avrasiya ölkələri ilə ticarətin ciddi şəkildə azalmasına səbəb olacaq.

“Ermənistan iqtisadiyyatının hansı üstünlükləri və potensial itkiləri ola biləcəyinə gəlincə, Ermənistanın ÜDM-in mütləq dinamikasına nəzər salsaq, görərik ki, 2015-ci ildən ötən ilə qədər 9,5 milyard dollardan 24 milyard dollara yüksəlib. Bunu rəqəmlərin özü göstərir. Ermənistanın AİB ilə ticarəti ölkənin bütün Aİ ölkələri ilə ticarətindən təxminən 1,8 dəfə çoxdur. Ona görə də erməni dostlarımızdan öz faydaları və potensial risklərini qiymətləndirməkdə ehtiyatlı və praqmatik yanaşma nümayiş etdirmələrini gözləyirik”, - Mixneviç vurğulayıb.

Şura rəhbəri əlavə edib ki, Qərbə dönüş İranla ticarət əlaqələrinə də təsir edə bilər. Mixneviçin fikrincə, ticarət intensivliyi indeksi ermənilərin İranla ticarət əlaqələrindən səmərəli istifadə etdiklərini göstərir, bu da Ermənistanın AİB-də olması ilə bağlıdır.

Mixneviç Ermənistana illərdir Aİ-yə üzv ola bilməyən Türkiyəni misal çəkib:

“Aİ ilə danışıqlar prosesi və coğrafi baxımdan Avropaya yaxınlığı Türkiyənin Avropa İttifaqına üzv olmasına ümid və imkanlar yaratsa da, bildiyimiz kimi, nəticəsiz proses illərdir davam edir. Ona görə də mən onların (ermənilər) yerində olsaydım, bu barədə düşünərdim”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər