27 Yanvar 14:35
13 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baltikyanı ölkələr (Latviya, Litva, Estoniya), Moldova və Ukrayna öz suverenliklərini Qərbə ucuz qiymətə satdılar.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.

“Qərb açıq şəkildə suverenlikdən güzəşt tələb edir. Təəssüf ki, buna gedənlər var. Keçmiş 15 sovet respublikasından mütləq şəkildə öz suverenliklərindən güzəştə gedən və ucuz qiymətə satan beşinin adını çəkə bilərəm: bunu ilk edən üç Baltikyanı respublika oldu, təəssüf ki, son vaxtlar Ukrayna və Moldova da eyni şeyi etdi”, - siyasətçi bildirib.

Kosaçev vurğulayıb ki, digər postsovet ölkələri heç bir halda öz suverenliklərindən imtina etməyə hazır deyillər: “Azərbaycan, Rusiya, Belarus, Türkmənistan və bu yaxınlardan Gürcüstan öz daxili işlərinə qarışmağa qətiyyən imkan vermir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər