27 Yanvar 10:13
11 960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzur dəhlizinin açılması ilə bağlı fərqli qaydalar ortaya atılır. Azərbaycan kommunikasiya xəttinin məhz dəhliz statusunda açılmasını istəyir. Bunun üçün əsas istinad nöqtəsi 10 noyabr 2020-ci ildə imzalanmış (Azərbaycan-Rusiya və Ermənistan arasında imzalanmış razılaşma) Bəyanatdır. Rəsmi Bakı İrəvandan üzərinə götürdüyü öhdəliyi icrasını tələb edir.

Bunu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

“Ermənistan isə hər vəchlə bu məsələdən boyun qaçırır. İrəvan bir müddətə qədər açılacaq kommunikasiya xəttinə Rusiyanın nəzarət etməsinə qarşı olduğunu bəyan edirdi. Amma üçtərəfli razılaşmanın 9-cu bəndində Zəngəzurdan keçəcək kommunikasiya xəttinə Rusiya hərbçilərinin nəzarət edəcəyi açıq şəkildə qeyd olunub”, - deyə o bildirib.

Politoloq hesab edir ki, Zəngəzur dəhlizinin açılması bölgə dövlətlərinin marağında olmaqla yanaşı, burada qlobal oyunçuların da marağı az deyil:

“Orta Dəhliz konsepsiyasında Zəngəzurun əhəmiyyəti haqqında davamlı olaraq tezislər irəli sürülür. Eyni zamanda Çindən Avropaya qədər olan xəttin bərpası məsələsi var. Erməni tərəfi nə qədər şıltaqlıq etməyə çalışsa da, bu dəhlizin sülh və regional əməkdaşlıq üçün açar rolu oynadığını dərk etməlidir”.

Zərdüşt Əlizadə Zəngəzur dəhlizinin açılması fonunda ona hansısa beynəlxalq konsersiumların nəzarəti məsələsinin də gündəmə gətirildiyini bildirib:

“Bir müddət Kalininqrad (Rusiyanın eksklavı) modelində Zəngəzurda qaydaların tətbiqindən danışılırdı. İddia edilirdi ki, Kalininqrad variantı burada işlək ola bilər. Həmin qaydalara görə, yüklərin Zəngəzurdan heç bir yoxlanış olmadan keçməsi nəzərdə tutulur. Dəhlizdən keçəcək yük qatarlarının sayı və həcmi ilə bağlı məlumatların verilməsinin mümkünlüyü önə çəkilirdi. Sərnişinlərin keçidi isə adi prosedur qaydalarına uyğun həyata keçirilə bilər. Söhbət 40 km-dən artıq bir məsafədə olan əsassız yoxlanışdan, lazımsız gömrük bəyannaməsindən və sairdən gedir. Ona görə də burada maneəsiz keçid anlayışı ən optimal yoldur. Yarım saatlıq məsafə üçün uzun-uzadı yoxlama aparmağa ehtiyac yoxdur. Əsas şərt odur ki, Azərbaycandan-Azərbaycana maneəsiz gediş-gəliş təmin olunsun”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər