İsrail Qəzza zolağı və Livanda atəşkəs razılaşmalarına əməl edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrael Katz bildirib.
“İsrail həm Qəzza zolağı, həm də Livanda atəşkəs razılaşmalarını qəti şəkildə yerinə yetirəcək. Amma qaydaları pozan və ya İsrail Müdafiə Qüvvələrini təhdid edən hər kəs bunun bədəlini ödəyəcək”, - nazir vurğulayıb.
Qeyd edək ki, Katzın mesajı bu gün səhər saatlarından fələstinlilərin Qəzzanın şimalına qayıtmağa başlamasından və ABŞ-nin İsrail qüvvələrinin Livanın cənubundan çıxarılması üçün son tarixin fevralın 18-nə qədər təxirə salındığını açıqlamasından sonra gəlib.