27 Yanvar 11:43
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan qondarma erməni soyqırımı məsələsini bağlamağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni teleaparıcı Lika Tumanyan bildirib.

“Nikol Paşinyan erməni soyqırımı (qondarma – red.) səhifəsini bağlayan şəxs kimi tarixdə qalmaq istəyir”, - aparıcı deyib.

Xatırladaq ki, Paşinyan bundan əvvəl İsveçrədə erməni icması ilə görüşündə qondarma soyqırımı məsələsindən danışıb.

Ermənistan rəhbəri çıxışında dolayı yolla ermənilərin tarixi saxtakarlığa yol verdiklərini etiraf edib:

“Nə və niyə baş verdiyini anlamaq lazımdır. Bəs biz bunu necə qavradıq, kimin vasitəsilə qavradıq? Necə oldu ki, 1939-cu ildə (qondarma – red.) erməni soyqırımı gündəmi yox idi və necə oldu ki, 1950-ci ildə erməni soyqırımı gündəmi yarandı? Necə oldu, başa düşməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər