“Avropa İttifaqına daxil olan post-sovet ölkələri Aİ-ni sovet ittifaqına çevirməyə çalışırlar və Moskvanın ittifaq respublikalarına qarşı davrandığı kimi üzv ölkələrə də o cür münasibət göstərirlər”.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Macarıstanda səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstan heç vaxt heç kimə ölkənin daxili işlərinə qarışmaq hüququ verməyib və bu vəziyyət dəyişməyəcək.
“Namizəd ölkə olaraq bizim Avropa İtifaqı ilə bağlı gözləntilərimiz və tələblərimiz var. Biz Avropa İttifaqına ləyaqətlə daxil olmaq istəyirik. Gürcü xalqı heç vaxt nə assosiasiya sazişi ilə, nə heç bir Aİ ölkəsinə, nə də Brüsselə öz daxili işlərinə qarışmaq hüququ verməyib. Bizim gözləntimiz ondan ibarətdir ki, Avropa dəyərlərindən kənara çıxan bürokratlar və ya siyasətçilər ümumi Avropa dəyərlərimizə qayıdacaqlar, belə ki, bu, üzərində işləməli olduğumuz ortaq platformadır”, - spiker söyləyib.