Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov xəbərdarlıq edib ki, müharibənin dayandırılması ilə bağlı ciddi danışıqlar yaya qədər başlamalıdır, çünki ölkənin varlığını təhdid edəcək proseslər başlaya bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Unian” yazır.
Nəşrin məlumatına görə, bu yaxınlarda Ali Radada qapalı iclas keçirilib. Parlament və fraksiya rəhbərləri real vəziyyətini bilmək üçün hərbi komandanlığı iclasa dəvət edib.
“Əvvəlcə Baş Qərargahın nümayəndələri təəccüblü, amma çox maraqlı şəkildə çox şeyi açıqladılar. Müxtəlif xəbərlər aldıq. Amma ən yaddaqalanı Budanovun cavabı oldu. Biri ondan nə qədər vaxtımızın olduğunu soruşdu. Kiril soyuqqanlı şəkildə cavab verdi ki, yaya qədər ciddi danışıqlar aparılmasa, Ukraynanın mövcudluğu üçün çox təhlükəli proseslər başlaya bilər. Hamı bir-birinə baxıb susdu. Görünür, işləri yoluna qoymaq lazımdır”, - nəşrin iclasda iştirak edən həmsöhbəti bildirib.