27 Yanvar 21:15
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus İstintaq Komitəsi xaricdə keçirilən etiraz aksiyalarının 365 iştirakçısını müəyyən edib.

Teleqraf.com idarəyə istinadən xəbər verir ki, onlar barədə cinayət işi açılıb.

“2025-ci il yanvarın 26-da qaçaq ekstremistlərə dəstək simulyasiyası üçün müxtəlif ölkələrdə küçə etirazları təşkil edildi. Tədbirlərin əsas məqsədləri qaçaq qrupların rəhbərliyinin “səriştəsini” nümayiş etdirməkidir. Onlar Belarus Respublikasını beynəlxalq aləmdə nüfuzdan salmaq, seçki prosesinə müdaxilə etmək və seçki kampaniyasını pozmaq istəyirdilər”, - Komitənin bəyənatında deyilir.

İstintaq Komitəsinin məlumatına görə, prezident seçkiləri günü keçirilən etiraz aksiyalarında Varşava, Vilnüs, Nyu-York, Praqa və digər şəhərlərin sakinləri iştirak ediblər.

Bildirilir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Hazırda müstəntiqlər aksiya iştirakçılarının şəxsiyyətini müəyyənləşdirir.


Müəllif: Arzu

Oxşar xəbərlər