27 Yanvar 11:08
1 893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aprel-may aylarında başlaya bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hürriyət” məlumat yayıb.

Nəşr bundan əvvəl ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında görüşün keçirilə biləcəyini yazıb.

Mənbənin iddiasına görə, danışıqlardan əvvəl atəşkəs elan ediləcək:

“Əvvəlcə atəşkəs elan olunacaq, sonra sülh danışıqları başlayacaq. Danışıqlar prosesində Türkiyə müəyyən bir missiyanı üzərinə götürə və Prezident Rəcəb Tayyib Ərdoğana vasitəçi rolu verilə bilər. Çünki o, Putin və Zelenski ilə ünsiyyət qura bilən yeganə liderdir”.

“Hürriyət” xatırladıb ki, 2022-ci ildə münaqişənin həlli ilə bağlı İstanbulda danışıqlar aparılıb, amma ABŞ buna mane olub: “İndi sülh istəyən Tramp və Putin var, Amerikanın dəstəyini itirən Zelenskinin danışıqlar masasından qaçmaq şansı yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər