Bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, gündəliyə Gürcüstanda baş verən proseslərin də müzakirəsi daxildir.
Nazirlərin Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılması barədə qərarı təsdiqləyəcəkləri gözlənilir.
Toplantıya Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sədrlik edəcək.
Qeyd edək ki, yanvarın 24-də Aİ-nin 27 ölkəsinin daimi nümayəndələri Gürcüstan diplomatları üçün vizasız rejimin dayandırılması barədə qərar qəbul ediblər.