28 Yanvar 09:47
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Donald Trampın ABŞ ərazisini genişləndirmək ambisiyaları ağılsızlıqdır, çünki belə bir presedent yalnız Rusiya və Çini cəsarətləndirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Lordlar Palatasının üzvü Uilyam Heyq Amerika liderinin Danimarka və Kanada, həmçinin Kolumbiya, Misir və İordaniyaya qarşı sərt ritorikasını şərh edərkən deyib.

Onun sözlərinə görə, indi bu ölkələri alçaltmaq asandır, amma gün gələcək, ABŞ yenidən onların dəstəyinə ehtiyac duyacaq:

“Müttəfiqlərə qarşı bu cür güc tətbiq etmək başqa yerdə, xüsusən də Ukraynada müharibəni bitirmək lazım olduqda səhv olardı. Ağ Ev bir neçə dostunu döyməkdən həzz ala bilər, amma böyük döyüşü dayandırmaq üçün düşündüyündən daha çox güc tələb olunacaq”.

Heyq qeyd edib ki, Vaşinqton atəşkəsdən sonra Ukraynada Britaniya və Avropa qoşunlarının yerləşdirilməsinə ümid edir, çünki belə zəmanətlər olmadan Ukrayna Rusiyanın ən qısa vaxtda geri dönəcəyindən ehtiyat edərək buna müqavimət göstərəcək. Onun fikrincə, Tramp başa düşür ki, müharibənin bərpası və Ukraynanın dağılması Co Baydenin Əfqanıstandakı məğlubiyyətinə kölgə salacaq bir fəlakət olacaq.

“Bu müzakirə baş verdikdə, sərt bir həqiqət həmişəkindən daha aydın görünəcək: Avropa dövlətləri ABŞ-nin yaxın köməyi olmadan öz qitələrində müharibəni dayandırmaq gücünə malik deyillər. Onların orduları çox kiçikdir və ya zəif təchiz olunub və müasir dünyada sərt güc üçün zəruri olan peyk, raket, nəqliyyat təyyarəsi və döyüş sursatları istehsalında geri qalırlar”, - siyasətçi vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər