29 Yanvar 22:39
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan nümayəndə heyəti bu gündən AŞPA-dakı fəaliyyətini dayandırır.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani jurnalistlərə bildirib.

Onun sözlərinə görə, AŞPA-da qəbul olunan qətnamədə yer alan şərtlər ədalətsiz və əsassız olduğu üçün qəbuledilməzdir.

"Nümayəndə heyətinin üzvləri Gürcüstan dövləti və xalqına qarşı ədalətsiz münasibətin dəyişməsindən, şantaja son qoyulmasından sonra AŞPA-dakı iştirakını bərpa edəcəklər", - T.Tsulukiani deyib.

Qeyd edək ki, qətnamədə irəli sürülmüş şərtlər Gürcüstanda yeni parlament seçkilərinin təyin olunması, mübahisəli qanunlara yenidən baxılması və siyasi məhbusların azadlığa buraxılmasından ibarətdir.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər