Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı Birləşmiş Ştatlara birləşdirmək təhdidləri qarşısında Danimarkanın ərazi bütövlüyünü müdafiə edəcəyinə söz verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta "Euronews" telekanalına müsahibəsində danışıb.
"Danimarkanın ərazi bütövlüyü, Danimarkanın suverenliyi, onun sərhədlərinin sabitliyi, əlbəttə ki, bizim üçün birinci dərəcəli əhəmiyyət kəsb edən məsələdir", - o vurğulayıb.
Kosta qeyd edib ki, Avropa İttifaqı ABŞ ilə yaxşı münasibətlər saxlamağa çalışır. O, Amerika prezidenti ilə konstruktiv dialoqun qurulmasına əminliyini ifadə edib.