İlkin nəticələrə əsasən, bələdiyyə seçkilərində 7791 şəxsin qalib gəldiyi təsdiqlənib.
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 29-da baş tutan bələdiyyə seçkilərinin ilkin nəticələrinə dair keçirilən brifinqdə deyib.
O bildirib ki, protokolları daxil olan 4872 məntəqə üzrə 1 589 187 nəfər səs verib və 1 580 532 bülleten sayılıb.
Qeyd olunub ki, səhərə qədər bütün nəticələr formalaşacaq və yekun siyahı dərc olunacaq.