Almaniya kansleri Olaf Şolts ABŞ-nin Almaniyanı azad etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə "Esslinger Zeitung" nəşrinə danışıb.
“Biz çox şadıq ki, Birləşmiş Ştatlar ölkəmizi azad edib və yenidən demokratiyaya qayıtmağımıza kömək edib”, - deyə siyasətçi bildirib.
O əlavə edib ki, məhz buna görə amerikalı sahibkar İlon Maskın Almaniyada sağçı siyasətçiləri dəstəkləməsi onu qəzəbləndirir.