29 Yanvar 12:07
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2024-cü ilin statistikasında əkin sahələri üzrə göstəricilərin azalması dürüstləşmə ilə əlaqədardır".

Bunu Teleqraf.com-a eksklüziv açıqlamasında kənd təsərrüfarı naziri Məcnun Məmmədov deyib.

O bildirib ki, dəmyə əkin ərazilərinin azalmasında yağıntı həcminin azlığı və iqlim dəyişikliyi rol oynayır:

“Dəmyə sahələrində illər üzrə məhsuldarlıq aşağı olduğuna görə insanlar əkindən qaçırlar. Ona görə də bu ildən bəzi addımlar atmağı planlaşdırırıq. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanan fərmanda torpağın dincə qoyulmasına görə subsidiya nəzərdə tutulub. Məqsəd əkin sahələrinin dincə qoyulmasını stimullaşdırmaqdır. Çünki dəmyə sahələrdə hər il eyni bitkinin əkilməsi məhsuldarlığı aşağı salır”.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər