Misir prezidenti Əbdülfəttah əs-Sisi ABŞ prezidenti Donald Trampın fələstinlilərin köçürülməsi planında iştirakdan imtina etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Siyasətçi Amerika liderinin İordaniya və Misirin Qəzza zolağının sakinlərini qəbul etməsinin zəruriliyi ilə bağlı bəyanatını “ədalətsizlik aktı” kimi qiymətləndirib. Əl-Sisi vurğulayıb ki, Qahirə İsrail və Fələstinlilər arasında sülhə nail olmaq üçün Trampla birlikdə çalışacaq.