29 Yanvar 10:06
2 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri bu gün Brüsseldə Aİ-nin Ermənistandakı müşahidə missiyasının müddətinin uzadılması ilə bağlı müzakirələr aparacaq və qərar qəbul edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, son anda sürprizlər olmasa, səfirlər Aİ-nin mülki missiyasının daha iki il, 2027-ci il fevralın 19-dək Ermənistanda qalması layihəsini təsdiq edəcəklər. Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 əcnəbi və 44 erməni işçi. Rəsmi məlumata görə, missiyanın müşahidə zonası Naxçıvan Muxtar Respublikası ilə sərhədin bir hissəsi də daxil olmaqla Ermənistan-Azərbaycan sərhədinin bütün uzunluğu boyunca olacaq.

Qeyd edək ki, Azərbaycan uzun müddətdir sərhəddə təxribatçı fəaliyyətləri ilə diqqət çəkən Aİ missiyasının bölgədə yerləşdirilməsinə etiraz edir. Aİ qrupu ötən dövrdə müşahidə missiyasından çox casusluq və regional təhlükəsizliyi pozan addımları ilə yadda qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər