07:30
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə "Qarabağ" UEFA Avropa Liqasında cari mövsümdə son oyununu keçirəcək.

Teleqraf.com xəbər verir ki, "köhlən atlar" Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. Gecə saat 00:00-da başlayacaq oyunu Radu Petreskunun rəhbərliyi altında Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Ağdam təmsilçisi 7 turdan sonra 3 xalla 34-cü, "Olimpiakos" isə 12 xalla 12-ci pillədə qərarlaşıb. Artıq ən azı pley-off mərhələsinə vəsiqəni təmin etmiş Pirey klubu qələbə qazanacağı təqdirdə, birbaşa 1/8 finala yüksələ bilər. "Qarabağ" isə artıq bütün şanslarını itirib.

UEFA Avropa Liqası

Liqa mərhələsi, VIII tur

30 yanvar

00:00. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Radu Petresku, Radu Ginqulyak, Mirça Mihail Qriqoriu, Marsel Birsan

VAR hakimləri: Katalin Popa, Sebastian Koltesku

Hakim-inspektor: Gediminas Majeyka (Litva)

UEFA nümayəndəsi: Mario Duran (Bosniya və Herseqovina)

"Georgios Karaiskakis" stadionu.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər