Suriyanın yeni hakimiyyəti Rusiyadan respublikanın keçmiş prezidenti Bəşər Əsədi onlara təhvil verməsini tələb edir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Suriyanın yeni hakimiyyətinin rəhbəri Əhməd əl-Şaraa Rusiya nümayəndə heyəti ilə görüşdə Əsədin ekstradisiyasını tələb edib. Digər tələbin isə Rusiyanın Suriyada apardığı əməliyyatlar zamanı ölkəyə vuruduğu zərərə görə kompensasiya ödəməsi ilə bağlı olduğu bildirilir.
Buna baxmayaraq Suriya hələ də Əsədlə bağlı Rusiyaya rəsmi tələb irəli sürməyib.
Rusiya Xarici İşlər Nazirliyi isə bildirib ki, görüşdə ölkələr arasında ənənəvi dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ikitərəfli çoxşaxəli əməkdaşlığı davam etdirmək istəyi vurğulanıb.