Rusiya ordusu səhər saatlarında “Şahid” tipli PUA-larla (İran istehsalı) Ukraynaya hücum edib. Əsas hədəf paytaxt Kiyev olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Kiyevlə yanaşı, Sumı, Çerniqov və Poltava vilayətlərinə də zərbələr endirilib.
Hava hücumlarından sonra Kiyevdə partlayış səsləri eşidilib. Hücumların qarşısının alınmasına Ukraynanın hava hücumundan müdafiə sistemləri cəlb edilib.
Kiyev meri Vitali Kliçko bildirib ki, Rusiyaya məxsus PUA-ların qalıqları paytaxtın Darnitski rayonundakı metro stansiyasının yaxınlığında düşüb: “PUA-ların qalıqları Darnitski tranzit deposunun divarı və binasına ziyan vurub. Yanğın baş verməyib, tələfat yoxdur”.
Kiyevdə hava xəbərdarlığı ləğv edilib, amma region üçün təhlükə qalır. Bundan əlavə, Dnepropetrovsk, Çerniqov və Poltava vilayətləri üzərində dron uçuşları barədə xəbərdarlıq edilib.