Quantanamoda qolf meydançasını hərbi-dəniz bazasına çeviriblər.
Teleqraf.com xəbər verir ki, bu ərazidə 6 min qeyri-qanuni miqrant yerləşdirilə bilər.
Böyük ehtimalla, qaçqınları orada yerləşdirəcəklər.
Pentaqon rəhbəri "Fox News"a müsahibəsində bu versiyanı səsləndirib.
O deyib: "Yaxşısı budur ki, onları elə Quantanamo körfəsindəki miqrantlar üçün nəzərdə tutulan və onlar üçün yaradılan təhlükəsiz yerdə saxlasınlar, qoy qayıdacaqları yerə gedənədək orada qalsınlar".