Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Seyidlər kəndində “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində maşında olan 4 nəfər dünyasını dəyişib. Ölənlərdən üçü qadın və onun iki azyaşlı övladıdır.
Hadisə zamanı ölən digər şəxs Salyan Rayon İcra Hakimiyyətinin 32 yaşlı təlimatçısı Aqil Amil oğlu Məmmədovdur.