29 Yanvar 16:57
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin ordusunun qələbəsinə tam əminliklə Ukraynadakı münaqişənin nizamlanması üçün danışıqlara başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Spectator” yazır.

Yanvarın 27-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovun adından belə bir iddia yayılmışdı ki, Kiyev yaya qədər sülh danışıqlarına başlamasa, ölkənin varlığı ciddi təhlükə altında olacaq.

Britaniya nəşri bildirir ki, Kiyevin təkzibinə baxmayaraq, Budanovun adından yayılan məlumat etibarlı görünür.

Məqalədə deyilir ki, hazırda Rusiya ordusu hücumu sürətlə davam etdirir və yaşayış məntəqələrini bir-birinin ardınca nəzarətə götürür. Yanvarda rus qoşunları 20 yaşayış məntəqəsini ələ keçirərək, Dnepropetrovsk vilayətinin 5 kilometrliyində dayanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər