Ukrayna prezidenti Volodimir Zelenski Danimarkanın baş naziri Mette Frederiksen ilə telefon danışığı keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Zelenskinin "X" sosial şəbəkəsində məlumat verilib.
“Biz hər bir avropalının üzləşdiyi qlobal təhlükəsizlik çağırışlarının və təhdidlərinin aradan qaldırılmasında Avropada birlik və həmrəyliyin vacibliyini müzakirə etdik”, - deyə Zelenski yazıb.
O qeyd edib ki, tərəflər Ukrayna ilə Şimali Avropa arasında əməkdaşlığın gücləndirilməsini, həmçinin davamlı və ədalətli sülhə nail olmaq üçün səyləri müzakirə ediblər. Ukrayna prezidenti Kiyevə verdiyi dəstəyə görə Danimarkaya təşəkkür edib.