Pentaqon rəhbəri Pit Heqset İsraili nümunəvi müttəfiq adlandırıb.
Teleqraf.com xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Kantsla telefon söhbətində Heqset belə deyib.
ABŞ-nin müdafiə qurumunun rəhbəri ölkəsinin İsrailin özünümüdafiə hüququnu tam dəstəklədiyini deyib. Bu barədə Pentaqondan bildiriblər.
Heqset onu da vurğulayıb ki, Birləşmiş Ştatlar regional təhlükəsizlik sahəsində ikitərəfli münasibətlərin bundan sonra da möhkəmlənməsinə meyillidir.