Suriyanın müvəqqəti hökumətinin yeni administrasiyasının rəhbəri Əhməd əl-Şaraa ölkənin keçid dövrü üçün prezidenti elan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Hərbi Əməliyyatlar Departamentinin Teleqram kanalında məlumat verilib.
Bundan əlavə, Suriyanın yeni hakimiyyət orqanları əvvəlki konstitusiyaya xitam verildiyini və ölkə parlamentinin buraxıldığını bəyan ediblər.