Kreml Suriyanın Rusiyadan təzminat tələb etməsi ilə bağlı bəyanatını şərh etmir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezdentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Mən bunu şərhsiz buraxıram”, - Kreml nümayəndəsi jurnalistin müvafiq suala cavabında bildirib.
Xatırladaq ki, Rusiya nümayəndə heyəti yanvarın 28-də Dəməşqdə səfərdə olub. Suriyanın yeni hökuməti Kreml nümayəndə heyəti ilə ilk danışıqları zamanı Rusiyaya qarşı təzminat tələbi irəli sürüb.
Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Boqdanov rəhbərlik edib.