ABŞ-nin İndiana ştatında polis Prezident Donald Tramp tərəfindən əfv olunan Vaşinqtonda Kapitoliyə hücumun iştirakçısı Metyu Şatlı güllələyərək öldürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə "ABC7" telekanalı məlumat yayıb.
Polis yol hərəkəti qaydalarını pozan avtomobili saxladıqdan sonra həmin şəxsi yaxalamağa çalışsa da, müqavimətlə qarşılaşıb. Nəticədə dava baş verib, bu zaman polis Şatlı ölümcül yaralayıb.
Polisin məlumatına görə, şəxsin üzərində silah olub, amma atəşin səbəbi hələlik məlum deyil.
2023-cü ildə Metyu Şatl Kapitoliyə basqında iştirakda təqsirli bilinərək, altı ay həbs cəzasına məhkum edilmişdi. Bundan əvvəl o, yol hərəkəti qaydalarını pozduğuna görə həbs olunmuşdu.