Rusiya nümayəndə heyəti Suriyanın paytaxtı Dəməşqə səfər edib.
Teleqraf.com xəbər verir ki, heyətə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev daxildir.
Qeyd edək ki, bu, Bəşər Əsəd rejiminin devrilməsindən sonra Rusiya rəsmilərinin Dəməşqə ilk səfəridir.