28 Yanvar 16:43
7 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın xarici ölkələrə yardımın dondurulması haqqında fərmanından sonra ukraynalı tibb işçilərinə verdiyi təlimləri dayandırmaqla, Latviya Vaşinqtondan tam asılı olduğunu göstərdi.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Latviya Trampın xarici ölkələrə yardımı dondurmaq əmri ilə əlaqədar ukraynalı həkimlərə təlimlərini dayandırıb. Başımda D hərfi ilə başlayan və vəziyyəti dəqiq təsvir edən bir söz fırlanır. Yadıma düşdü: Dürüstlük! Latviya rejiminə sual: siz müstəqilliyi ancaq kölə olmaq üçünmü əldə etmisiniz?” - diplomat Teleqram kanalında yazıb.

Xatırladaq ki, bundan əvvəl Latviyanın “Vayvari” reabilitasiya mərkəzi ABŞ prezidentinin müvafiq qərarından sonra ukraynalı tibb işçilərinə təlimlərini dayandırıb. “Vayvari” bazasında latviyalı mütəxəssislər ukraynalı həmkarları ilə müharibə zamanı xəsarət alanlara yardımın göstərilməsi məsələsində təcrübə mübadiləsi aparıblar. Layihə ABŞ tərəfindən maliyyələşdirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər