24 Fevral 2015 13:36
3 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putin Rusiya dövlət televiziyasında Ukraynanın şərqindəki vəziyyət və Rusiya-Ukrayna əlaqələrinə dair sualları cavabladırıb.

Teleqraf.com xəbər verir ki, Putin “Ukrayna ilə Rusiya arasında müharibə olacaqmı” sualına belə cavab verib: “Mən bu qiyamət ssenarisinin mümkün olduğunu düşünmürəm. İşlərin bu nöqtəyə gəlməyəcəyinə ümid edirəm”.

O, Minsk anlaşması həyata keçiriləcəyi təqdirdə Ukraynanın şərqindəki vəziyyətin normallaşacağına əmin olduğunu bildirib:

“Daha əvvəl dediyim kimi, əgər Minsk razılaşması tətbiq olunsa, vəziyyətin zamanla normalaşacağına əminəm. Bu müqavilənin tətbiq olunması mövzusunda Avropanın ən az Rusiya qədər istəkli olduğunu düşünürəm. Avropa ətrafında silahlı qarşıdurmanın olmasının kimsəyə faydası yoxdur”.

Rüstəm


Müəllif: