Alman polisi Berlində İŞİD üçün pul toplayan Rusiya vətəndaşını saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.
Məhkəmə Zelimxan D adlı şəxsin barəsində həbs qərarı verib.
Saxlanılan şəxs “cinayətkar təşkilata üzv olmaqda”, "İŞİD-ə dəstək verməkdə” və “xarici iqtisadi fəaliyyət haqqında qanunu pozmaqda” ittiham olunur.