Aleksandr Lukaşenko Belarus və Rusiya arasında vətəndaşların bərabər hüquqları haqqında 1998-ci il 25 dekabr tarixli Müqaviləyə dəyişikliklər edilməsi haqqında protokol layihəsini təsdiqləyib.
Teleqraf.com "BelTA" agentliyinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Protokol layihəsi başqa dövlətin ərazisində daimi yaşayan Belarus və Rusiya vətəndaşlarına yerli seçkilərdə iştirak etmək üçün qarşılıqlı əsasda imkan yaradır”, - məlumatda bildirilir.