ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu fevralın 4-də Ağ Evdə görüş keçirmək üçün dəvət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Baş nazirinin mətbuat xidməti bildirib.
"ABŞ Prezidenti Donald Tramp Baş nazir Benyamin Netanyahunu çərşənbə axşamı, fevralın 4-də Ağ Evdə görüşə dəvət edib. Baş nazir Netanyahu Donald Trampın ikinci dövründə Ağ Evə dəvət edilən ilk xarici liderdir", - deyə qeyd olunub.