Rusiyanın Kirov bölgəsində tibb bacısının etdiyi hərəkət ölkədə narazılığa səbəb olub.
Teleqraf.com xəbər verir ki, sanitar maşına yerləşdirilən xəstələrə orta barmaq işarəsi göstərərək, selfi edən qadın sosial mediada paylaşdığı görüntülərin altında “İşimə nifrət edirəm” sözlərini yazıb. Kirov bölgəsi hakimiyyəti isə bütün olanlara baxmayaraq, tibb bacısına işini davam etdirməyə icazə verib.
Sosial mediada yaranan narazılıqdan sonra tibb bacısı işindən uzaqlaşdırılıb.
Samir