11 Mart 2015 11:57
2 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatından qaçıb qurtulan şəxs “Sky News” telekanalına tükürpədən açıqlamalar verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, özünü Saleh kimi təqdim edən şəxs edam zamanı qurbanların hansı səbəbdən sakit dayandıqlarından danışıb:

“Edamdan əvvəl bir neçə dəfə məşq edilirdi. Qurbanlar öldürüləcəyini bilmirdi. Terrorçular onlara “Sizinlə işimiz yoxdur. Siz bizim qonaqlarımızsız. Bu, sadəcə, video üçündür. Əsas məqsədimiz xarici dövlətlərin bizə hücum etmələrini əngəlləməkdir” deyirdilər. Mən bir edamda iştirak etmişəm. Con ləqəbli Məhəmməd Emvazi yapon əsirin başını kəsdiyi zaman ordaydım. Çox dəhşətli səhnə idi. O, yapon əsirlə bir neçə dəfə məşq etdikdən sonra qəfildən onun başını kəsdi. Əsirin cəsədi maşına qoyulub naməlum istiqamətə aparıldı”.

Samir


Müəllif:

Oxşar xəbərlər