8 Aprel 2015 10:07
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçin 80 illik neft və təbii qaz ehtiyatı qalıb.

"Report" xəbər verir ki, bunu ölkənin baş naziri Erna Solberg bildirib.

Hökumət başçısının sözlərinə görə, bərpa olunun enerji mənbələrinə sərmayə qoyulması haqda düşünmək lazımdır.

Diqqəti Norveç iqtisadiyyatında neft və təbii qazın roluna çəkən baş nazir deyib: "Ölkəmizin 80 illik neft və təbii qaz ehtiyatı qalıb. Buna görə enerji sistemi üzərində daha çox işləmək gərəkdir".

Xatırladaq ki, Norveç neft ixracatı üzrə dünyanın 5-ci, təbii qaza görə isə 2-ci dövlətidir. O, Avropaya ən çox təbii qaz ixrac edən ikinci ölkədədir.


Müəllif: