Səudiyyə Ərəbistanına səfər edən ABŞ xarici işlər nazirinin köməkçisi Toni Blinken Yəməndə hakimiyyəti ələ keçiriən husilərə qarşı döyüşən koalisiya qüvvələrinə silah yardımını artıracaqlarını bəyan edib.
Toni Blinken həm silah yardımı, həm də informasiya mübadiləsi sahəsində ərəb ölkələri ilə yaxından əməkdaşlıq edəcəklərini bildirib.
Yəməndə radikal şiə qruplaşması olan husilər Səudiyyə Ərəbistanı ilə atəşkəs haqqında saziş imzalamağa hazırdı. 13 gündür Yəmənin bombalanmasına baxmayaraq husilər Ədən şəhərini ələ keçirmək üçün səylərini davam etdirirlər.
Atəşkəsin əldə olunması üçün Rusiya və Beynəlxalq Qızıl Xaç Cəmiyyəti hərəkətə keçib. Onlar 24 saatlıq atəşkəs təklifi ilə çıxış ediblər.
Yəmən baş naziri Mansur Hadinin sabiq köməkçisi, husilerin liderlərindən olan Salih Samed də atəşkəs tərəfdarı olduğunu deyib.
Beynəlxalq Qızıl Xaç Cəmiyyəti hazırda Yəmənin 50 tonluq dərmana ehtiyacı olduğunu bəyan edib. Rusiya isə BMT Təhlükəsizlik Şurasını təcili toplantı keçirməyə çağırıb. BMT-nin məlumatına görə, son iki həftədə Yəməndə 519 nəfər öldürülüb.
Ayxan