17 Aprel 2015 15:03
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

“WikiLeaks” növbəti dəfə məxfi sənədlər yayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu dəfə sayt tərəfindən Amerika film şirkəti olan “Sony”nin sənəd və yazışmaları nəşr edilib.

2010-cu ildə ABŞ-nın gizli diplomatik sənədlərini dərc etməklə, gündəmə gələn “WikiLeaks” “Sony” şirkətinin 30 min məxfi sənədini aşkar edib. Əyləncə sektorunda fəaliyyət göstərən “Sony”nin Amerika rəhbərliyi və hərbi sanayesiylə çox yaxın əlaqələrinin, siyasət və hətta qanunlara təsir gücünün olduğu iddia edilir.

Materialların yayımlanmasından sonra açıqlama verən “Sony” bu məlumatların oğurlanaraq yayılmasının cinayət olduğunu bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər