21 Aprel 2015 16:24
1 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd: “Fransız xüsusi xidmətilə işbirliyimiz var”

“Suriya və Fransa kəşfiyyatları birgə fəaliyyət göstərir”.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd “France 2” telekanalına müsahibəsində deyib. Əsəd bu işbirliyinin hansı ölçüdə və vaxtlarda aparıldığını açıqlamayıb.

Bir qrup fransız parlamentarinin ötən ay Suriyaya səfər etməsinə toxunan Əsəd Fransa ilə siyasi əməkdaşlığın mümkün olmadığını qeyd edib.

Ölkədə kimyəvi silahların istifadəsinə toxunan Suriya prezidenti belə bir halın mümkünsüzlüyünü qeyd edib.

Samir


Müəllif: