Çəkisi 100 karat olan qüsursuz təmizliyə və formaya malik unikal rəngsiz brilyant ABŞ-ın Nyu-York şəhərində Sotheby’s ticarət evinin təşkil etdiyi hərracda öz alıcısını tapıb.
Ekspertlərin şəffaflığına görə bulaq suyu ilə müqayisə etdikləri rəngsiz brilyant hərracda 22,1 milyon dollara satılıb. Hərracdan qabaq mütəxəssislər bu nadir brilyantın qiymətini 19-25 milyon dollar məbləğində dəyərləndirirdilər.
Adətən belə hallarda alıcının kimliyi yenə açıqlanmasa da, onun hərraca telefon vasitəsi ilə qoşulduğu bildirilib.
Təxminən 10 il bundan əvvəl Cənubi Afrikanın mədənlərində tapılan bu qüsursuz qiymətli daşın çəkisi cilalanmadan öncə 200 karatdan artıq olub.
Sotheby’s ticarət evinin məlumatına görə son 25 ildə hərraclarda çəkisi 100 karatdan artıq olan cəmi 6 qüsursuz brilyant satılıb.