25 Aprel 2015 08:18
468

İraqda ABŞ koalisiya qüvvələri ilə birlikdə peşmərgə hərbi əməliyyatlar keçirib. Teleqraf.com xəbər verir ki, Mosulun şimalındakı Gökçəli, Başika Dağı, Et-Tahrir və El-Berid məhəllələrindəki İŞİD bazaları bombalanıb.

Bu zaman azı 25 İŞİD-çi öldürülüb və onların texnikası ələ keçirilib.

Bağdadın 40 kilometrliyində yerləşən Əl-Kurmə əyalətində keçirilən əməliyyat zamanı isə 23 militan öldürülüb.

Ayxan


Müəllif: