12 May 2015 16:50
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Nepalda 7,1 bal gücündə zəlzələ baş verib.

Rəsmilər bu ana qədər dağıntılar altından 36 nəfərin cəsədinin aşkar edildiyini bildiriblər. Zəlzələ nəticəsində 1117 nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

15:11

Nepalda bu gün səhər saatlarında baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində ən azı 4 nəfər ölüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı yayılan ilkin məlumatlarda 300 nəfərin xəsarət aldığı açıqlanıb. Zəlzələnin yeni dağıntılara səbəb olduğu açıqlanıb.

Rəsmilər zəlzələnin Nepail ilə sərhəddə yerləşən Hindistanda da fəsadlara yol açdığını qeyd ediblər. Hindistan hökuməti hadisə zamanı bir nəfərin dünyasını dəyi.diyini bildirib.

Samir


Müəllif: