26 May 2015 14:26
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yerli əhəmiyyətli problemlərin həllində, QHT və bələdiyyə nümayəndələri arasında əlaqələrin qurulması istiqamətində regionlarda ictimai debatların keçirilməsi” layihəsinin icrasına başlayıb.

Birliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanın regionlarında vətəndaş cəmiyyəti təşəbbüslərinin inkişafı istiqamətində yeni seçilmiş bələdiyyələrdə bələdiyyə-QHT əməkdaşlığına nail olmaqdır. O cümlədən regionlarda yerli əhəmiyyətli ictimai problemlərin mövcud durumlarını öyrənərək və ictimai problemlərin həlli istiqamətində bələdiyyələrin rolunu gücləndirməkdən ibarətdir. Belə ki, layihənin icrası dövründə regionlarında fəaliyyət göstərən bələdiyyələr, QHT və ictimaiyyət nümayəndələrinin iştirakı ilə debatların keçirilməsi, onların mövcud problemlərin həlli istiqamətində birgə əməkdaşlıq üçün səylərin artırılması nəzərdə tutulur.

Birliyin sədri İlqar Hüseynli deyib ki, layihə çərçivəsində yerli problemlərlə bağlı sorğular keçiriləcək: “Ən vacib olan ictimai problemlər öyrəniləcək və sistemləşdiriləcək. Təhlil olunaraq bələdiyyələrlə birlikdə müzakirə ediləcək. Tədqiqat İmişli, Şirvan və Beyləqan rayonları olmaqla cəmi 150 respondent arasında aparılacaqdır. Seçilmiş bələdiyyələr haqqında statistik məlumatlar toplanacaq, bələdiyyələrin ehtiyacları qiymətləndiriləcək, problemlər analiz olunacaq, təlkiflər sənədi və bələdiyyələrdə informasiya məqsədli pasportlaşma sənədi hazırlanacaq. Sorğuların nəticələri təhlil olunacaq və hazırlanmış nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcəkdir”.

Qeyd edək ki, tədqiqat işinə iyunun 1-dən başlanması nəzərdə tutulur. Artıq təşkilatın sosioloq ekspertləri tərəfindən sorğu anketi və lazım olan təlimatlar hazırlanıb. Sorğunu idarə edəcək heyət formalaşdırılıb. Sorğu prosesi başa çatdıqdan sonra növbəti mərhələdə seçilmiş rayonlarda debatlar həyata keçiriləcəkdir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər