2 İyun 2015 14:47
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Qüds və Qəzzada yenidən atəş səsləri eşidilib.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, Şərqi Qüdsdə qanunsuz tikildiyi səbəbindən binalardan birinin söküntüsü zamanı toqquşmalar baş verib.

Hadisə nəticəsində 4 fələstinli yaralanıb.

Qəzzada İsrail polisinin açıdığı atəş zamanı isə 3 balıqçı xəsarət alıb. Onların qanunsuz olaraq İsrailə aid bölgəyə daxil olduğu açıqlanıb.

Fələstin rəsmiləri isə İsrail tərəfinin heç bir səbəb göstərmədən atəş açdığını qeyd edib.

Samir


Müəllif:

Oxşar xəbərlər