27 İyun 2015 15:52
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda iyulun 5-də referendum keçiriləcək.

ANS PRESS-in məlumatına görə, bunu Yunanıstanın baş naziri Aleksis Tsipras xalqa televiziya müraciətində deyib. Onun sözlərinə görə, vətəndaşlar referendumda "Yunanıstan ölkəyə daha sonra da maliyyə yardımı göstərmək istəyən beynəlxalq kreditorların şərtlərini qəbul etməlidirmi?" sualına cavab verəcəklər.

O, Brüsseldə kreditorlarla aparılan danışıqlardan bir neçə saat sonra xalqa müraciət edib. Bu danışıqlarda kreditorlar Yunanıstana maliyyə verilməsini daha beş ay uzatmaq müqabilində islahatlar aparılmasını istəyiblər. Hərçənd Afina üçün bu gün başlıca dəfedilməz problem dövlət sektorunda çalışanların və xüsusi təqaüdlərin azaldılmasıdır.

A.Tsipras kredit verənlərin təklifini faciəvi adlandıraraq deyib ki, onlar Yunanıstandan vergilərin artırılmasını, maaş və təqaüdlərin azaldılmasını tələb edirlər. Bu tələblər millətin təhqir edilməsi deməkdir.

Xatırladaq ki, Almaniya kansleri Angela Merkel kreditorların son təklifini olduqca səxavətli adlandırıb. Afinaya maliyyə yardımı ilə bağlı qüvvədə olan razılaşma iyunun 30-da başa çatır. Bu razılaşma uzadılmasa, Yunanıstan son kredit tranşını ala bilməyəcək və yaxın həftələrdə defolt elan etməyə məcbur qalacaq.


Müəllif:

Oxşar xəbərlər