“Əsədi vursanız, Türkiyəni vuracağıq”
“Wikileaks” saytı tərəfindən yayılan yeni məlumatlarda İranın Türkiyəyə göndərdiyi hədələyici məktublardan bəhs olunur.
Teleqraf.com xəbər verir ki, məlumatlarda Türkiyə Suriyaya hərbi müdaxilə edərsə, İranın Türkiyəyə raket atacağı bildirilir.
Səudiyyə Ərəbistanın İrandakı səfirliyindən ölkənin Xarici İşlər Nazirliyinə göndərilən məktuba görə, İran mediası Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hökuməti qeyri-səmimiliklə ittiham edib. Səfirlik İran mətbuatının sözügedən mövqeyini Türkiyə hökumətinin Suriya inqilabını dəstəkləməsi və Əsəd siyasətinə qarşı çıxması ilə izah edilib. Sənəddə rəsmi Tehranın Türkiyəni Suriya inqilabını dəstəkləməkdən çəkindirmək üçün dəfələrlə təşəbbüs göstərdiyi bildirilir.
Samir