2 İyul 2015 08:35
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada hər onuncu uşaq silahlı münaqişələrin baş verdiyi ölkə və ya regionda yaşayır. BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən hazırlanmış “Uşaqlar cəbhələr arasında” adlı hesabatda bildirilir ki, təxminən 230 milyon uşaq həyatlarının ən önəmli dövrünü əmin-amanlığın olmadığı və silahlı qarşıdurmaların tüğyan etdiyi bölgələrdə keçirirlər.

Bu da İkinci Dünya müharibəsindən bəri ən yüksək və acınacaqlı göstəricidir. Təkcə Suriya, İraq, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası və Yəməndə 21 milyon uşaq müharibə və zorakılıq dəhşətlərini yaşamağa məcburdur.

Hesabatda qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası 2014-cü il üçün 23 münaqişə situasiyasının sıyahısını hazırlayıb və həmin münaqişələrdə uşaqlar ən ağır insan haqları pozuntularına məruz qalıblar. Əlli doqquz münaqişə tərəfi arasında gedən silahlı qarşıdurmanın səkkizi hökumət, əlli biri isə qeyri-hökumət qüvvələrindən ibarətdir. Cari il ərzində dünya üzrə münaqişə bölgələrində 62 milyon uşağın qıda, təmiz su, tibbi yardım, eləcə də istismar və zor tətbiqindən mühafizə kimi yardım və hüquqlara ehtiyacı olub.

Hesabatda aparıcı dövlətlər və beynəlxalq təşkilatlar dünyadakı böhran, münaqişə və fəlakət bölgələrində uşaqları daha yaxşı mühafizə etməyə çağırılır.


Müəllif:

Oxşar xəbərlər